“Avroviziya\

“Avroviziya\"da səsverməni o ELAN EDƏCƏK

Hazırda oxunan: “Avroviziya\"da səsverməni o ELAN EDƏCƏK

134341

“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, yarışmada iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova elan edəcək. 

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 13-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.  

Verilən xallar isə müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq. 

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO