Azərbaycanlı bloqerin Antalya TƏTİLİ: “Pomidor, yumurta, alça, qarpız...” - VİDEO

Azərbaycanlı bloqerin Antalya TƏTİLİ: “Pomidor, yumurta, alça, qarpız...” - VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloqerin Antalya TƏTİLİ: “Pomidor, yumurta, alça, qarpız...” - VİDEO

134338

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycan video bloqer və iş adamı Hüseyn Həsənov Antalyaya istirahətə yollanıb. 

Bizim.Media xəbər verir ki, Hüseyn tətil zamanı çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Həsənov istirahətini bu sözlərlə şərh edib: 

“Biz dörd gündür ki, Türkiyənin kurort şəhəri Antalyadayıq. Birisi gün buradan başqa bir yerə uçacağıq. Hara gedəcəyimiz haqqında isə hələ deməyəcəyəm. Gündüzlər günəş vannası gəbul edirik, kitab oxuyuruq, axşamlar isə şam yeməyinə gedirik və konsertlərdə iştirak edirik”. 

Hovuzun kənarında əyləşən bloqer ən çox sevdiyi və yediyi yeməklərin görüntüsünü yayımlayıb və bu sözləri dilə gətirib: 

“Pomidor, yumurta, çay, qarpız, alça...  Xoşbəxtlik üçün lazım olan şeylər”. 

H.Həsənov, həmçinin dostu ilə qaldığı 2 mərtəbli lüks villasının fotosunu paylaşaraq “Bu villada yaşayırıq. Demək olar ki, villadan kənara çıxmıram. Dostumla burada qalıram və qonaqlar qəbul edirik”. 
Başqa bir paylaşımında isə azərbaycanlı bloqer villasında günəş vannasını tək deyil, yanında bikinidə əyləşən bir qızla qəbul etdiyini nümayiş edib.  
 




Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO