“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb.
Bizim.Media xəbər verir ki, yarışmanın builki şərhçisi Azər Süleymanlı olacaq.
Azər hər 3 şounu İctimai Televiziyanın ekranından şərh edəcək.
Nəzərə çatdıraq ki, bu, Azər Süleymanlının ilk təcrübəsi deyil. Bundan öncə 2016, 2017 və 2018-ci illərdə də ölkəmiz adından müsabiqənin şərhçiləri sırasında onun da adı yer almışdı.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media