Niyam: “Rəmişin xanımını restoranımda işlə təmin etmişəm” - VİDEO

Niyam: “Rəmişin xanımını restoranımda işlə təmin etmişəm” - VİDEO

Hazırda oxunan: Niyam: “Rəmişin xanımını restoranımda işlə təmin etmişəm” - VİDEO

134235

Müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynovadan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “YouTube” kanalında yayımlanan “Astar TV”ni evində qonaq edərkən bildirib ki, sənətkarın depressiyada olan xanımını restoranında işlə təmin edib.  

“Zəng edib, nömrəsini tapdım. “Alo” deyən kimi Güllü ağladı. Dedim, sənsən? Dedi, mənəm, qadan alım. Söylədim ki, ağlama, bir öyrən gör kimdi. Dedi ki, nəfəsinə qurban, Niyam, sənsən. Sonra soruşdum ki, haradasan, harada yaşayırsan. Dedi, Yasamalda qalıram. Gördüm ki, metroya yaxın, gözəl bir yerdə yaşayır.
Baxdım ki, bu qadın bumbuzdur, ağappaq, gözünün altı qaradır. Depressiya yaşayır, soyuducuya Rəmişin şəklini yapışdırıb, hər yerdə ona aid nələrsə var. Danışdıq, sonra getdim, gizlicə soyuducusunu açdım. Fikirləşdim ki, birdən nəsə olmaz. Baxdım gördüm ki, yox, “bilinçik”,  ətə qədər oranı doldurub. Amma yemir. Zarafatla dedim ki, restoranda işləyirsən?

Gördüm ki, ab-havası o deyil. Dedim ki, səni harasa çağırsam, yanımda ol, gedərsən? Söylədi ki, səninlə hə, gedərəm. Onu da xahiş etdim, gətirdim, işçi qadınları yığdım, dedim, onların üstündə dayan. Gəl, başın qarışsın.

O qədər dua edirəm ki, nə yaxşı ki, razılıq verdi, onu evdən çıxara bildim. Onun sevinci mənə ləzzət edir. İşini də yaxşı görür. Deyirəm, elə bil anamsan, böyük bacımsan, yanımdasan. Nəsə olanda ona deyirəm. Söyləyirəm ki, yemək bişir, deyir, baş üstə. Çox pis depressiyada idi. İndi yaxşıdır”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO