10 aylıq həbs qərarı çıxan Gülşənin vəkillərindən AÇIQLAMA - FOTO 

10 aylıq həbs qərarı çıxan Gülşənin vəkillərindən AÇIQLAMA - FOTO 

Hazırda oxunan: 10 aylıq həbs qərarı çıxan Gülşənin vəkillərindən AÇIQLAMA - FOTO 

134203

Bu gün barəsində 10 ay həbs qərarı çıxan Türkiyənin pop ulduzu Gülşən Çolakoğlunun vəkilləri geniş açıqlama yayıblar. 

Bizim.Media xəbər verir Emek Emre və Altın Mimir sosial şəbəkə hesablarında məhkəmənin çıxartdığı qərara etiraz edəcəklərini bildiriblər. 

“Müvəkkilimiz Gülşən Çolakoğlu ilə bağlı qəbul edilən hüquqa zidd, haqsız qərardan sonra “Gülşən cəzalandırıldı” başlığı ilə yayılan xəbərlərə görə açıqlama veririk. Gülşən avqustun 25-i qanundan kənar bir şəkildə olduğu yerdən götürülərək bölməyə aparılıb, ifadə verdikdən sonra isə saxlanılıb. Haqqında eyni cəzaya görə sənəd hazırlanıb. O gündən indiyə qədər müvəkkilimizin yaşadıqlarının hüquqa zidd olduğunu bildirdik.  
Məhkəmə Gülşənlə bağlı xalqı kin və nifrətə təhrik etmədiyinə qənaət gətirib, bəraət qərarı verməli olduğu halda, xalqın bir hissəsini siniflərə bölmək, din, məzhəb, cinsiyyət və ərazi fərqliliyi edərək alçaltma iddiası ilə cəzalandırdı. Bu vəziyyət müvəkkilimizin və bizim müdafiə haqqımızı məhdudlaşdıran bir yanlışdır”, - deyə vəkillər vurğulayıblar.  




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO