Oksana 7 yaşlı uşağın ölümündən YAZDI:

Oksana 7 yaşlı uşağın ölümündən YAZDI: "Bunu edənə ölüm arzulayıram" - FOTO 

Hazırda oxunan: Oksana 7 yaşlı uşağın ölümündən YAZDI: "Bunu edənə ölüm arzulayıram" - FOTO 

134184

7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində həyatını itirməsi ölkə gündəmini alt-üst edib. Baş verən dəhşətli hadisəyə bir sıra məşhurlar səssiz qalmayıb, etiraz səslərini ucaldıblar. 

Bizim.Media xəbər verir ki, aktrisa və rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağın ölümü ilə bağlı paylaşım edərək, olaydan sarsıldığını dilə gətirib: 

"Uşağa qarşı şiddət, zorakılıq və qətl barədə eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu qanun yoxdur. Onu Allaha tapşırıram. Ya rəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi".

Rəsulova ölkə başçısına müraciət edərək körpənin ölümünə səbəb olan məşqçiyə ən ağır cəzanın verilməsini istəyib:

"Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram". 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO