"Miss Azerbaijan-2022"nin qalibi ilk dəfə yeni kolleksiyasını təqdim etdi - FOTO/VİDEO

Hazırda oxunan: "Miss Azerbaijan-2022"nin qalibi ilk dəfə yeni kolleksiyasını təqdim etdi - FOTO/VİDEO

134094

Bir neçə gün əvvəl Bakıda "Spring Fashion Show 2023" dəb günləri şousu baş tutub.

Modasevərləri bir araya toplayan gecədə debüt və yeni kolleksiyası ilə diqqətləri üzərinə çəkən isə "Miss Azerbaijan 2022"nin qalibi Nurlanə Vəliyeva olub. 

16 yaşından peşəkar model sahəsində çalışan Nurlanə Bizim.Media-nın əməkdaşı ilə söhbətində "Spring Fashion Show 2023"də təqdim etdiyi kolleksiyasından, həmçinin yaratdığı "Esca Lana" brendindən söz açıb.



"Ötən il keçirilən "Miss Azerbaijan - 2023" gözəllik və model yarışmasının qalibi oldum. Elə həmin il özümü dizayner kimi sınamaq qərarına gəldim və öz şəxsi kolleksiyamı yaratdım. Brendim "Esca Lana" adlanır. Bu kolleksiyanı isə yaratmaq uzun zaman çəkmədi, çünki məndə çoxlu fikir və eskizlər var idi. Kolleksiyam gənc nəsil üçün nəzərdə tutulub. Brendimin missiyası hər kəsə öz fərdiliyini və unikallığını üslub və dəb vasitəsilə ifadə etməyə kömək etməkdir. Çünki geyim təkcə funksional element deyil, həm də özünü ifadə etmək üsuludur. Ona görə də məni ruhlandıran, güvən verən, çox dəbli, qəşəng və ən əsası gənc görünən kolleksiyalar yaradıram. Azərbaycanda bu qədər gənc və dəbli görünən brendlər yoxdur. Bu tərzdə geyimlər tapmadığım üçün və gənclərimiz çox qəşəng geyinsinlər deyə belə bir kolleksiya yaratmağa qərar verdim", - deyə N. Vəliyeva vurğulayıb.

Necə deyərlər "Hər barmağında bir mərifət" olan model və dizayner bildirib ki, sözügedən kolleksiyasında yer alan geyimləri əldə etmək çox asandır:

"Hazırda ilk kolleksiyamda yer alan biri-birindən zövqlü, göz oxşayan eyni zamanda fərqli üslubda dizayn edilən və keyifiyyəti ilə seçilən geyimləri almaq üçün "Esca Lana" butikimdən onlayn şəkildə almaq mümkündür. Belə ki, alıcılar "Instagram" sosial şəbəkə platformasındakı "@escalanaofficial" səhifəsinə mesaj yazaraq, kolleksiyadakı istənilən geyimləri əldə edə bilərlər. 

Rəşad Əliyev, Bizim.Media
 












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO