Leyla Əliyeva Çingiz Mustafayevin çıxışını izlədi - FOTO

Leyla Əliyeva Çingiz Mustafayevin çıxışını izlədi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Çingiz Mustafayevin çıxışını izlədi - FOTO

134051

Bir vaxtlar “Avroviziya”da ölkəmizi təmsil edən müğənni Çingiz Mustafayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.  

Bizim.Media xəbər verir ki, L.Əliyeva Ç.Mustafayevin çıxışını izləyib.  

Müğənni həmin anların fotolarını çəkib. Görüntüləri sosial şəbəkə hesabında paylaşan Çingiz görüşü bu sözlərlə ifadə edib: 

“Bəzən həyatda elə olur ki, şansın və uca Yaradanın istəyi ilə əvvəllər tanış olmadığımız insanlarla qarşılaşırıq. Amma anlayırıq ki, qəlbimiz və ruhumuz sevgi melodiyasını oxumağa başlayır. Bu gün mən yenidən ruh əkizimlə görüşdüm. Mənə elə gəlir ki, bizim qəlblərimiz şeir və musiqinin sufi motivləri, uca Allaha məhəbbətə görə bənzəyir. Onun lütfünü axtarmaq yollarımız o qədər oxşardır ki...

Ürəklərimiz necə də eyni dərəcədə notlar və sözlər vasitəsilə Yaradana olan həqiqi məhəbbətlə tərənnüm edir. Leyla xanım, daxilinizdəki dərinliyi çoxları başa düşməyəcək, amma siz qəlbinizdəki o parlaqlığı yaradın və bəxş edin”. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO