Faiq Ağayevdən 7 yaşlı uşağın dəhşətli ölümü ilə bağlı PAYLAŞIM

Faiq Ağayevdən 7 yaşlı uşağın dəhşətli ölümü ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Faiq Ağayevdən 7 yaşlı uşağın dəhşətli ölümü ilə bağlı PAYLAŞIM

134033

Xalq artisti Faiq Ağayev 7 yaşlı  Fərid Bakarovun həyatını itirməsi ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yayımlayıb. 

“Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamaqlarına son qoyulmalıdır”, - deyə F.Ağayev vurğulayıb. 

Qeyd edək ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib.

Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, vəfat edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO