Tanınmışlara yağ-bal satan Əməkdar artist - VİDEO

Tanınmışlara yağ-bal satan Əməkdar artist - VİDEO

Hazırda oxunan: Tanınmışlara yağ-bal satan Əməkdar artist - VİDEO

133893

Əməkdar artist Sevinc Sarıyevanın qoyun-keçi və toyuq-cücədən ibarət ferması olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Günün sədası” verilişində məlumat yayılıb. 

Sənətçi bildirib ki, onun fermasından əldə edilən qida məhsullarını həmkarı Əməkdar artist İlkin Əhmədov alır: 

“Süddən hazırlanan yağı ən çox İlkin Əhmədov alır. Ayda dörd banka ərinmiş yağ alır məndən. Südün yağına “çiyə” deyirlər, o da bizdə var. Çox dadlı bir süd məhsuludur”. 

S.Sarıyeva fermasından başqa bir neçə həftə əvvəl açdığı gözəllik salonundan da söz açıb. Xanəndə bildirib ki, tezliklə heyvanlar üçün də baxım salonu açacaq: 

“Yeni gözəllik salonu açmışam. Tezliklə həmin gözəllik salonunun yanında heyvanlar (it, pişik – red.) üçün nəzərdə tutulan baxım salonu açacağam. İndi bu kimi heyvan salonlarına ölkəmizdə təlabat var”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO