Şəbnəm Tapdıq: “Nişanlımın qoyduğu qadağaya görə, onunla ailə qurmadım” - VİDEO 

Şəbnəm Tapdıq: “Nişanlımın qoyduğu qadağaya görə, onunla ailə qurmadım” - VİDEO 

Hazırda oxunan: Şəbnəm Tapdıq: “Nişanlımın qoyduğu qadağaya görə, onunla ailə qurmadım” - VİDEO 

133784

Əməkdar artist Şəbnəm Tapdıq ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlama verib.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həyat tərzi” verilişində illər əvvəl nişanlı olduğunu etiraf edib.  

Şəbnəm bildirib ki, bu izdivacın baş tutmamasına səbəb isə qarşı tərəfin Tapdığa ailə qurduqdan sonra müğənnilik karyerasına son qoyması ilə bağlı tələbi olub:   

“İllər əvvəl rəsmi şəkildə nişanlı olmuşam. O, uca boylu, rusdilli və xaricdə işləyən şəxs idi. Atam deyirdi ki, bu cür insanı gündüz çıraqla gəzsən, tapa bilməzsən. Bu, Allahın qisməti idi. Artıq biz toya hazırlaşırdıq, amma o, mənə söylədi ki, “biz evləndikdən sonra sən oxumayacaqsan”. Sənətimə qadağa qoydu. Valideynlərimə bu barədə deyəndə, atam söylədi ki, mən sənə görə çox əziyyətlər çəkmişəm və sən müğənni olmusan. Sanki anam ilə atam mənim ailə quracağımdan sevinib, suya düşdülər. Ondan heç bir xəbərim yoxdur, bununla da söhbət qutardı”.  

Proqramın gedişatında aparıcı Lamiyə Ələkbərovanın müğənnin bacısının ailəsi ilə bağlı verdiyi sual Tapdığı özündən çıxarıb.   

Şəbnəm “Siz bizim ailə işimizə niyə qarışırsınız? Artıq suallar verirsiniz. Bura məhkəmədir? Bütün el-aləm bilir ki, nişanlı olmuşam. Hə, nə olsun? Gözüm aydın. Keçmiş nişanlımı sevirəm və ya sevmirəm, sizə bunun nə dəxlisi var?” dəyə sərt şəkilə cavab verib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO