Xəbər verdiyimiz kimi, Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “TuralTuranX” (Tural və Turan Bağmanov) dueti təmsil edəcək.
Bizim.Media xəbər verir ki, bu gün əkiz qardaşlar Bakı vaxtı ilə saat 14:10-14:40 radələrində sözügedən yarışmanın səhnəsində ilk məşqlərinin çıxışını edəcəklər.
Bununla bağlı “Avroviziya”nın “Instagram” sosial şəbəkə platformasında məlumat yayılıb.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media