Xorvatiyalı model açıq-saçıq geyimi ilə “Formula 1”ə QATILDI - FOTO/VİDEO

Xorvatiyalı model açıq-saçıq geyimi ilə “Formula 1”ə QATILDI - FOTO/VİDEO

Hazırda oxunan: Xorvatiyalı model açıq-saçıq geyimi ilə “Formula 1”ə QATILDI - FOTO/VİDEO

133662

Xəbər verdiyimiz kimi, Xorvatiyanın qalmaqallı gözəli İvana Knoll “Formula 1” Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, model yarışın sonuncu günündə geyimi ilə görənləri heyrətləndirib. 

İvana yaşıl “top” və ultra qısa şortu ilə “Formula 1” ərazisində fotoqrafların kameralarına cəsarətli və cazibədar pozlar verib.  

Knollu görən bəylər ona yaxınlaşaraq xatirə şəkillər çəkdiriblər.  

Həmçinin model sözügedən yarışın yüksək səviyyədə təşkili üçün təşkilatçılara təşəkkürünü bu sözlərlə ifadə edib: 

“Möhtəşəm "Formula 1" yarışı. Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm”. 

Qeyd edək ki, İ.Knoll açıq-saçıq geyimdə 2022-ci ildə Qətərdə baş tutan Dünya Kubokunu izləməyə gəlib. Bunu görən yerli əhali sosial şəbəkə vasitəsi ilə modelin ölkəyə gəlişinə qadağa qoyulmasını, hətta həbsini belə tələb edib. İvana isə mediada haqqında yazılanlara əhəmiyyət verməyib. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO