Brilliant:

Brilliant: "Aftandil İsrafilov öz adı, şöhrəti ilə gözəl yol keçdi" - ÖZƏL

Hazırda oxunan: Brilliant: "Aftandil İsrafilov öz adı, şöhrəti ilə gözəl yol keçdi" - ÖZƏL

133576

"Aftandil İsrafilov əziyyəti, bəstələdiyi mahnıları, Azərbaycan mədəniyyətinə verdiyi töhvələr və xidmətləri ilə özündən sonra böyük sənət yolu qoydu. Yaxşı və pis günlərdə insanların yanında oldu. Yazdığı nəğmələr insanların qəlbinə məlhəm oldu. O, öz görəvini yerinə yetirib, dünyadan getdi. Əslində belə insanlar yaşayır. Çünki Aftandil müəllimin mahnıları, söhbəti, musiqidə qoyduğu iz hər zaman yaşayacaq. Gənclər də o izlə getməyə çalışacaqlar".

Bu sözləri Xalq artisti Aftandil İsrafilovun dəfnində iştirak edən Xalq artisti Brilliant Dadaşova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Mərhum qarmon ustadı ilə xatirələrini bölüşən sənətçi bildirib ki, Aftandil İsrafilov həyatını göstəriş üçün yaşamayıb:

"Bir zamanlar Ənvərə (Xalq artisti Ənvər Sadıqov - red.) demişdim ki, Aftandil deyəndə qarmon, qarmon deyəndə isə Aftandil ağıla gəlir. Ona görə sən pianinoda elə ifa et ki, nələrsə edə biləsən. Çünki ustad o qədər musiqiyə hakim idi ki, onun yanında durmaq belə qarmon ifaçılar üçün çətin olardı. Aftandil çox hörmətli şəxs idi. Sovet vaxtı hansı qastrol səfərlərinə gedirdisə Aftandil İsrafilov üçün yaşıl işıq idi. Onun hər yerdə şöhrəti, hörməti vardı.

Başqa ölkədə toya gedəndə, təyyarədən düşəndə onu qarşılamaq üçün avromobillər sıraya düzülürdü.  Yüksək çəkisi vardı. Onun sözü hər yerdə keçirdi. Aftandil İsrafilov öz adı, şöhrəti və hörməti ilə gözəl yol keçdi. O, heç zaman göstəriş üçün yaşamadı. O, bir yerə daxil olanda hamı onun başına toplaşırdı. Heç zaman boğazdan yuxarı danışmayıb. Aftandil İsrafilovun böyük sənəti vardı. Ruhu şad olsun!".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO