Zaur Rzayev: “Aftandil müəllim kimi sənətkarlar ölmür”

Zaur Rzayev: “Aftandil müəllim kimi sənətkarlar ölmür”

Hazırda oxunan: Zaur Rzayev: “Aftandil müəllim kimi sənətkarlar ölmür”

133562

"Aftandil müəllim mənim dostum, sirdaşım, qardaşım olub. Onunla çox sayda toylarda, el şənliklərində iştirak etməşəm. Aftandil müəllim haqda heç kim bir kəlimə belə artıq-əskik söz danışmayıb".

Bu sözləri Xalq artisti Zaur Rzayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Aftandil İsrafilovla Heydər Əliyev məscidində keçirilən vida mərasimində iştirakı zamanı deyib.

Qarmon ustadı ilə yaxın dost olduğunu söyləyən sənətkar mərhumla bağlı xatirələrini bu sözlərlə ifadə edib:

"Aftandil müəllim getdiyi toylarda heç zaman pul danışmazdı. Hətta yadımdadır ki, toy yiyəsi ona söylədi ki, mən sizin çıxışınız üçün nə qədər pul verməliyəm? Aftandil müəllim söylədi ki, nə qədər pul verərsən, verərsən... Ürəyi yuxa adam idi. Xalq onu çox sevirdi, dəyər verirdi. O, sözün həqiqi mənasında xalqın sevimli Xalq artisti idi.

Aftandil müəllimin qoyub getdiyi irs hələ neçə illər Azərbaycan mədəniyyətində və musiqisində öz sözünü deyəcək. Aftandil müəllim Habil Əliyev, Vaqif Mustafazadə, Əfsər Cavanşirov səviyyəsində bir sənətkar idi. Onunla ömrünün son illərinə kimi bir yerdə çox olmuşuq. Əziz dostum idi. Bu həyatdır, insan yaşlaşır, ətrafı azalır, gedən-gedir, qalan qalır. Onsuz da qalanlar çox azdır. Biz hər zaman bir yerdə olmuşuq. Aftandil müəllim kimi sənətkarlar ölmür, hər zaman yaşayır və yaşayacaq. Allah rəhmət eləsin!".

Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov ötən gün 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı bir neçə saatdan sonra İkinci Fəxir Xiyabanda dəfn olunacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO