Bəstinin “milyonluq evi var” sözləri Rühəngizi qəzəbləndirdi: “Acından ölmürəm” - VİDEO

Bəstinin “milyonluq evi var” sözləri Rühəngizi qəzəbləndirdi: “Acından ölmürəm” - VİDEO

Hazırda oxunan: Bəstinin “milyonluq evi var” sözləri Rühəngizi qəzəbləndirdi: “Acından ölmürəm” - VİDEO

132852

Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə Bəsti Bəkirova arasında mübahisə yaşanıb. 

Bizim.Media xəbər verir ki, hadisə Bəstinin evində yaşanıb. 

Aparıcı Elgiz Əkbərin də Bəstinin evində qonaq olduğu zaman “TikTok” sosial şəbəkə platformasında açdığı canlı yayımda izləyicidən gələn “Necə olur ki, o qədər də tanınmayan Bəsti Bəkirovanın milyon yarımlıq əmlakı var, amma Rühəngiz Allahverdiyevanın heç nəyi yoxdur?” sualı iki sənətçini üz-üzə qoyub.  

Belə ki, sualı eşidən Bəkirova “Mənim yarım milyonluq yox, yüz milyonluq evim olmalı idi. Rühəngizin də varıdır, sadəcə gizlədir” sözlərini dilə gətirib. 

Bəstinin bu fikirlərinə etiraz olaraq Rühəngiz “Nəyi gizlədirəm Bəsti? Milyonumun olması oğlan övladlarımın universitet bitirməsi, verdiyim təhsil, əynimə geyindiyim geyimlər, illərlə sənətimə qoyduğum sərmayədir. Hər şeyi özüm üçün eləmişəm. Mən acından ölmürəm. Bəsti gizlətdiyim yeri bilirsənsə, gəl mənə göstər, mən də gedib yeni aldığım evimə iki qapı qoyum. Pulum qurtarıb, evimə qapı qoya bilmirəm. Yalan danışmağı sevmirəm. İnsanlar var ki, gedirlər kirayə geyimlər alıb, deyir ki, mənimdir. Sən beş manatlıq da paltar geyinə bilərsən, əsas odur ki, sənə yaraşsın” kəlmələri dilə gətirib. 

Bəsti isə cavab olaraq “Səkkiz otaqlı evin var” deyərək Rühəngizi özündən çıxardıb. 

Allahverdiyeva “Deyirlər ki, bahalı yatağın ola bilər, amma yata bilmərsən. Bahalı evin ola bilər, amma orada sağlam olmaya bilməzsən. Siz elə səkkiz otaq deməklə deyil. Bunun mətbəxi, qarderob otağı və sairə var” sözlərini bildirərək məsələni yumuşaltmağa çalışıb. 

Həmin anlar isə aparıcı Elgiz Əkbərin “YouTube” kanalında yayımlanıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO