Fatimə: “Mənə qarşı Naziləni qızışdırıblar” - VİDEO

Fatimə: “Mənə qarşı Naziləni qızışdırıblar” - VİDEO

Hazırda oxunan: Fatimə: “Mənə qarşı Naziləni qızışdırıblar” - VİDEO

132558

“Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməyə isə ərizəni mən yazmamışam. Bu qarşı tərəfdən olub. Vəkilim bu məsələ üzərində çalışır. Məni qarşı tərəf sövq edib ki, ona cavab verim. Aramızdaki yaşanan bu qalmaqal elə-belədən olmayıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Şairə və qiraətçi Nazilə Səfərli ilə məhkəməlik olan rəqqasə bildirib ki, qarşı tərəf onu cavab verməyə sövq edib: 

“Boynuma alıram ki, özümdən tez çıxıram və sözümü deyənəm. Amma sözümdə haqq və ədalət var. Yəni sözümü elə-belə deməmişəm. Heç kimə şər,  böhtan atmıram, kiminsə haqqına girmirəm. Çünki vicdanım ən böyük hissdir”. 

Fatimənin sözlərinə görə, Naziləni ona qarşı qızışdıran şəxs və ya şəxslər var: 

“İnsan oturanda öz vicdanı ilə danışmalıdır. Kiməsə şər və böhtan atsam,  vicdanıma necə cavab verəcəyəm? Çalışıram insanlardan uzaq durum, sözümü də deyəndə fikirləşirəm, deyim yoxsa deməyim. Həyat o qədər qəribə olub ki, sənin üzünə gülür, can deyir, materialı yığır, gedir əlindəki o materialı elə bəzəyir, düzəldir ki, qarşı tərəfi də qızışdırır. Bizim məsələmiz elə olub...
Qəşəng onu qızışdırıblar, o da başlayıb haqqımda bütün mediada informasiyalar toplamağa... Adsız, Fatimə deyil filankəs... Amma mənim haqqımda danışılır. Fatimə də qoçdur axı... Coşuram! Bax belə başladı bizim məsələmiz. Məhkəmə Allah bilir necə olacaq”. 

F.Fətəliyeva N.Səfərlinin özünə düşmən görmədiyini də diqqətə çatdırıb: 

“Bizim bir düşmənimiz var, o da hamıya bəllidir. Qarşı tərəf düşmənim deyil. Kim mənə düşmən gözü ilə baxsa da Allah hamının ürəyinə görə versin”. 

Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək apellyasiya məhkəməsinə müraciət edib.   
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO