Almaz Ələsgərli: “Aktrisa Ofelya Məmmədzadənin gözü məni götürmürdü” - VİDEO

Almaz Ələsgərli: “Aktrisa Ofelya Məmmədzadənin gözü məni götürmürdü” - VİDEO

Hazırda oxunan: Almaz Ələsgərli: “Aktrisa Ofelya Məmmədzadənin gözü məni götürmürdü” - VİDEO

132483

“1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Təzə gəlmişdim universitetə oxumağa, Musiqili Komediya Teatrında Emin Sabitoğlunun yeni “Nəğməli könül”  tamaşası nümayiş olunurdu. Könül obrazına qızcığaz axtarılırdı. O rolu isə aktrisa Xədicə Abbasova oynayırdı. Lakin yaşla əlaqədar cavan qız axtarırdılar. Elə oldu ki, birinci kursdan beşinci kursa kimi rol üçün qız tapmadılar və birinci kursdan Şəfiqə Məmmədovanın sayəsində məni tapdılar.

O, mənim istedadıma çox inanırdı. Elə oldu ki, məni sözügedən tamaşaya seçdilər. Tamaşada 20 yaxın mahnılar vardı. Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Ramiz Məmmədov, Ofelya Məmmədzadə, Arif Quliyev və mən 17 yaşlı qız əsas rollardan birini oynadım. Onlarla bir səhnəni bölüşdüm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli qonaq olduğu “Gündən-günə” verilişində deyib. 

17 yaşından Musiqili Komedia Teatrında çalışdığını bildirən sənətçi bildirib ki, sözügedən mədəniyyət ocağında çalışan aktrisa Ofelya Məmmədzadənin gözü onu götürməyib:  

“O qədər istedadım var idi ki, heç nədən çəkinmirdim. Badalağ vuran, replika verməyən də var idi. Çalışırdılar ki, mən çaşım. Vəziyyətdən çıxırdım. Hacıbaba Bağırov mənə kömək olurdu. Ofelya Məmmədzadənin gözü məni götürmürdü. Deyirdi ki, mən bu qıza görə məşqə gəlməliyəm. O, xarakterli insan idi. Sonra da o, məni çox bəyəndi. Qastrollarda bir yerdə olurduq. Mənə deyirdi ki, heç bilməzdim ki, səni bu qədər sevib, bəyənəcəyəm. Allah ona rəhmət eləsin”. 

A.Ələsgərlinin sözlərinə görə, Musiqili Komediya Teatrından sonra müğənni fəliyyətini Rəşid Behbudov adına mahnı teatrında davam edib:

“İki il orada çalışdıqdan sonra həmin teatrdan işdən çıxdım. Dedim ki, mənim ki, oxumaqdır. Üz tutdum Rəşid Behbudovun teatrına. Rəşid müəllim özü məni teatrına qəbul etdi, səsimi yoxladı. Hər zaman mənə deyirdi ki, səndə fitri istedad var”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO