Fatiməni məhkəmədə udan Nazilə: “Qərar ləğv olunsa, dünyanı dağıdaram” - VİDEO

Fatiməni məhkəmədə udan Nazilə: “Qərar ləğv olunsa, dünyanı dağıdaram” - VİDEO

Hazırda oxunan: Fatiməni məhkəmədə udan Nazilə: “Qərar ləğv olunsa, dünyanı dağıdaram” - VİDEO

132423

“Nə böyük uğurdur ki... Haqqım idi və qalib gəldim. Görüntülər var idi, adam adımı çəkə-çəkə şərəf və ləyaqətimi təhqir edib. Bu işi şouya görə etməmişəm. Oğullarım var, onlar dost içinə çıxanda deməsinlər ki, get, rəqqasə ananın dərdini çək. Rəqqasə peşədir. Rəqqasəlik sözünü eyhamlarla demək olmazdı. O, tək məndən yox, oğullarım və həyat yoldaşımdan da üzr istəyəcək” 

Bizim.Media xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.  

Rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan söz açan Nazilə bildirib ki, qarşı tərəf ondan üzr istəməyənə qədər məhkəmələr davam edəcək: 

“Yalandan xərc çəkirsən. Gördüyüm, məhkəməyə təqdim etdiyim görüntünü heç bir hakim ləğv edə bilməz. Dünyanı dağıdaram. Şərəf və ləyaqətimi alçaltmısan. Sənə güldən ağır söz deməmişəm. Gəl, yol yaxınkən geri dön, qürur edirsənsə, yeri yoxdur, qürurunu sındıraram. Düşünmə ki, təsadüfi yollarla bağışlayacağam, olmayacaq. Əxlaqıma dil uzatmısan. Yol yaxınkən geri dön. Sənin dalaşdıqlarını nəzərə alsaq, salonunda səni söyənlərin yanındasan”. 

Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək apellyasiya məhkəməsinə müraciət edib.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO