Anar Ağakişiyev: “Xalq artistləri pul xərcləsələr də olduğum pilləyə gələ bilmirlər” - VİDEO

Anar Ağakişiyev: “Xalq artistləri pul xərcləsələr də olduğum pilləyə gələ bilmirlər” - VİDEO

Hazırda oxunan: Anar Ağakişiyev: “Xalq artistləri pul xərcləsələr də olduğum pilləyə gələ bilmirlər” - VİDEO

132407

“Şou-biznes çirkab, bataqlıqdır. O bataqlıqda sadəliyini, məsumluğunu və insanlığını qoruyub, saxlayıb harasa gəlib çıxmaq böyük güc lazımdır. İndi mənə baxanlar deyəcəklər ki, ora bataqlıqdırsa sən niyə oradasan? Heç əhəmiyyət də vermirəm. Nə qədər istəyirlərsə şərh yazsınlar. Bu danılmaz faktdır. Nəinki Azərbaycan, bütün dünyadaki şou-biznes çirkabdır. Baxmayın ki, sənətçilər efirə çıxıb gülürlər, amma səhnə arxasında onların özəl həyatı və sayra deməyə belə efir etikasına uyğun deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev “Maqazin Plyus” verilişinə müsahibəsində deyib. 

Stilist bildirib ki, hazırki pilləyə çatmaq üçün bir çox məşhurlarla savaşıb: 

“Azərbaycan şou-biznesinin ulduzlarının səksən faizi bərbad geyinir. Bir-iki dəfə deyirsən, əgər başa düşmürsə özü bilər. Əgər ona belə görünmək rahatdırsa, nə ehtiyac var ki, irad bildirim, o isə mənə cavab qaytarsın. Sonra da söz savaşına çıxanda ona cavab verərək öz olduğum pilləyə qaldırım. 

Hazırda dayandığım pilləyə hətta xeyli pul xərcləsələr də, Xalq artistləri gəlib çıxa bilmirlər. Bu pilləyə gəlmək üçün kimlərlə savaşmışam. Onlar sevilən və seçilən ulduzlar olub. Vaxt var idi, bu pilləyə gəlib çıxmaq üçün dişimi sıxdım. Həmin ulduzlar efirdən mənə nələr demədilər”. 
Anar həmçinin, bəzədiyi xarici ulduzlardan aldığı qonorarını da açıqlayıb: 

“Xarici ulduzlarla çalışmaq üçün 7-10 min dollar arasında qonorar alıram. Çox istərdim Rihanna, Monika Belluççi və Sofi Lorenlə işləyim. Onları bəzəyim. Yerli şou-biznesdə Xalq artisti Röya Ayxanın zövqünü çox bəyənirəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO