Elza Seyidcahanla bacısı arasında canlı efirdə MÜBAHİSƏ – VİDEO 

Elza Seyidcahanla bacısı arasında canlı efirdə MÜBAHİSƏ – VİDEO 

Hazırda oxunan: Elza Seyidcahanla bacısı arasında canlı efirdə MÜBAHİSƏ – VİDEO 

132189

Əməkdar artist Elza Seyidcahan ilə bacısı Lalə Seyidcahan arasında efirdə gərgin anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, sənətçinin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində proqramın aparıcısı Elgiz Əkbər Lalə Seyidcahanı telefonla canlı yayıma bağlayıb. 

Aparıcı Laləni Elza haqqında verdiyi qalmaqallı açıqlamalar görə sərt şəkildə qınayıb. 

Bundan sonra müğənnin bacısı "Elza məni sevsin. Niyə onu sevməyim, atamın, anamın qızıdır.

O, bizi unudub. Hətta elə bilirdim bu dünyada yoxdur. Ondan soruşun görün rəfiqələri icazə verir mənə "salam" verməyə?" sözlərini dilə gətirib.  

Elza isə bacısının bu fikirlərindən sonra onunla efirdə mübahisə etmək istəməyib.  

Elgizin "Bacınla barışmaq istəyirsən?" sualına Əməkdar artist "Həyatımla, bu hadisələrlə barışmışam" cavabını verib. 

Qeyd edək ki, Lalə Seyidcahan verilişlərin birinə müsahibəsində ağlayaraq “Nəslimizi geri saldı, onu bağışlamayacağam” sözlərini dilə gətirmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO