Nigar Şabanova:

Nigar Şabanova: "Özümdə bəyənmədiyim nə var idisə, hər şeyi dəyişdirmişəm" - VİDEO

Hazırda oxunan: Nigar Şabanova: "Özümdə bəyənmədiyim nə var idisə, hər şeyi dəyişdirmişəm" - VİDEO

132124

"Xanəndələr arasında gözəllər - Nəzakət Teymurova, Mələkxanım Əyyubovadır. Onlar xanım-xatundurlar. Mən gözəlliyi sevən biriyəm. Gənc xanəndələr arasında isə Arzu Əliyeva. O, efirlərə çox az-az çıxır. Sonra da ki, özüm". 

Bizim.Media xəbır verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Gül kimi şou" verilişində deyib. 

Sənətçi bildirib ki, özündə bəyənmədiyi nə varsa, hər şeyi dəyişdirib:

"Gözəl xanəndələr arasında ən sonuncu olum. Təki gəlbimiz gözəl olsun. Amma özümü çox sevirəm. Hər gün güzgünün önünə keçib deyirəm ki, sən çox gözəlsən. Özümdə bəyənmədiyim nə var idisə, hər şeyi dəyişdirmişəm. Amma gözəllərə hər zaman gözəl deyirəm, çünki, gözəlliyi sevirəm. İstər bəy, istərsə də xanım gərək özünə fikir versin. Gərək maraqlı olsun ki, özünə cəlb edə bilsin". 

Proqramın aparıcısı Cavid Gülün "Köhnə telefonlarınızda olan şəkillərini silmisiniz, yoxsa saxlayırsınız?" sualına Nigar "Xeyr, silməmişəm. Hamısını saxlayıram. Amma indi daha gözələm" cavabını verib. 
Qeyd edək ki, N.Şabanova burnunu kiçiltmək üçün  rinoplastika əməliyyatı keçirib. Bundan başqa müğənni bir neçə ay əvvəl bədənşəkilləndirmə əməliyyatı da etdirib.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO