Müğənni Günay İbrahimli yeni klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri və musiqisi Cəmil Məmmədiyə məxsus "Səni sevirəm" adlı mahnısına ekran həyatı verib.
İbrahimli klipin rejissorluğunu İsmayıl İsmayılova həvalə edib.
Müğənni redaksiyamızın əməkdaşı ilə söhbətində ekran işinin bir günə başa gəldiyini bildirib: "Klipimiz bir günə ərsəyə gəldi. Bu layihəmdə də böyük heyətlə birgə çalışmışam. Ekran işində geyimlərdən tutmuş dekorasiyaya kimi 1980-1990-ci illər əks olunur.
Çəkilişləri apardığımız məkanın isə 100-dən çox yaşı var. Ümumiyyətlə, çalışdıq ki, retro çalarları həm nəğmənin aranjımanında həm də ən kiçik detallarda belə hiss etdirək. Düşünürəm ki, az zaman çərçivəsində bu mahnım da hitə çevriləcək, klip isə trendlərdə olacaq".
Günay İbrahimlinin sözügedən klipini təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media