Xalq artisti Rasim Balayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxış edib.
Bizim.Media xəbər verir ki, 74 yaşlı sənətkar kino sahəsində problemlərdən söz açıb.
Mədəniyyət Nazirliyinə müraciətində R.Balayev bildirib ki, bu sahədə olan insanlar peşəkar olmaq üçün müsabiqə yolu ilə xaricdə təhsil almalıdırlar:
“Bu günə kimi bizi bir araya toplamırdılar ki, dərdimizi danışaq. Heydər Əliyevin bütün tarixi filmlərin çəkilişində əməyi var. Allah rəhmət eləsin. Film sahəsinin inkişaf etdirilməsi üçün təkliflərim var: Bu sahə özünü tutana kimi, maliyyə yardımı olmalıdır. Maddi dəstək verilməlidir ki, bu sahə qalxsın.
Digər tərəfdən isə, o vaxtlar gəncləri tanımaq üçün “debüt” var idi. Sonra onlara böyük işlər verilirdi. İndi də olmalıdır. Sovet birliyinin pis-yaxşı strukturu var idi, dağıldı getdi. 6 il ümumiyyətlə film çəkilmədi. 5-6 yaxşı rejissorumuz var. Amma bu azdır, onlar da yaşlanır. Mədəniyyət və İncəsənət Universitetinin üstünə kölgə salmaq istəmirəm.
Əvvəl Moskva Dövlət Kinomatoqrafiya İnstitutunda bizə yer verirdilər. Mənə elə gəlir ki, aktyoru bizim rejissorlar düzəldə bilər. Amma əsas kinonun rejissoru, ssenarisidir. Təklif edirəm müsabiqə keçirilsin. İldə 1 dəfə hər sahə üzrə mütəxəssis ora göndərilsin”.
- A-
- A
- A+
Şoutaym
12:51 / 20.04.2023
Rasim Balayev: “Bizi bir araya toplamırdılar ki, dərdimizi danışaq” - VİDEO
Hazırda oxunan: Rasim Balayev: “Bizi bir araya toplamırdılar ki, dərdimizi danışaq” - VİDEO
Hazırda oxunan: Rasim Balayev: “Bizi bir araya toplamırdılar ki, dərdimizi danışaq” - VİDEO
131856
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.