Roza düşmən kəsildiyi Elza, Nura, Sevil və Sevincdən DANIŞDI - VİDEO

Roza düşmən kəsildiyi Elza, Nura, Sevil və Sevincdən DANIŞDI - VİDEO

Hazırda oxunan: Roza düşmən kəsildiyi Elza, Nura, Sevil və Sevincdən DANIŞDI - VİDEO

131130

Müğənni Roza Zərgərli illərdir “qanlı bıçaq” olduğu həmkarları Əməkdar artist Elza Seyidcahan, müğənnilər Nura Suri və Sevil-Sevinc Səfərova bacılarından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində danışıb. 

Zərgərli illərdir düşmən kəsildiyi Sevil və Sevinci bağışlamaq niyyətində olduğunu açıqlasa da, lakin Elza ilə Nuranı tanımadığını dilə gətirib: 

“Ağlımdan barışmaq fikri keçmir. Amma o üçlükdən (Əməkdar artist Elza Seyidcahan, müğənnilər Nura Suri və Sevil-Sevinc Səfərova bacıları – red.) bağışlayacağım insanlar var. Sevil və Sevinc bacıları.
O qızların üstündə əməyim olduğu (Sevil & Sevinc (S-Twins) – red.) üçün... Onlar səhvlərini çoxdan başa düşüblər və bu “xəmir çox su aparıb”. Onlar arxayın deyillər ki, qarşı tərəf bu bağışlamağı necə qəbul edəcək. Bağışlamaq Allaha məxsusdur. Onları bağışlayaram. Amma mən Allahın bəndəsiyəm, qalanlarını bağışlamaram. Elza ilə Nuranı isə tanımıram. Olmuş, keçmiş bir hadisədir”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO