Əməkdar artist: “30-40 il teatrda işləyir, sonra fəxri ad istəyir” - VİDEO

Əməkdar artist: “30-40 il teatrda işləyir, sonra fəxri ad istəyir” - VİDEO

Hazırda oxunan: Əməkdar artist: “30-40 il teatrda işləyir, sonra fəxri ad istəyir” - VİDEO

130791

“Hər bir teatrın özünəməxsus xüsusiyyəti, atmosferi var. Onların müstəqil teatr olmaqları ilə razı deyiləm. Hər teatrın studiyası olmalıdır. O teatrda böyüyən uşaq, gənc başqa olur. 10 nəfər qəbul edirsən, onların içindən biri-ikisi uzun müddət sonra yararlıdırsa, atırsan böyük səhnəyə. O, bu teatrın atmosferinə alışır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov qonaq olduğu “Sabaha saxlamayaq” ictimai-sosial verilişində deyib. 

Bir neçə gün əvvəl keçirilən Teatr Forumundan söz açan aktyor teatrlarda studiyaların yaradılmasını ön plana çıxarıb: 

“Bir də var universitet bitirən gənclər gəlir, baxırsan alınmır. Çünki universitetin atmosferi ayrı teatrın isə başqadır. Gəlirlər götürürsən, 30-40 il işləyir, ortada heç nə yoxdur. Bir müddət keçəndən sonra isə deyir ki, bu işə can qoydum, amma fəxri ad vermədilər. Qoymayaydın... Vaxtında demək lazım idi ki, sən yaramırsan, get başqa iş tap”. 

Həmçinin F.Hüseynov çıxışında bölgə teatrlarının acınacaqlı vəziyyətdə olduğunu dilə gətirib: 

“Teatrşünas-tənqidçisi İlham Rəhimli forumda bütün problemləri açdı qoydu ortaya. Bölgə teatrları acınacaqlı vəziyyətdədir. İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev orada çıxış etdi. Azərbaycan Dərbənd Teatrının nə qədər acınacaqlı halda olduğu ortaya çıxdı. Təhsil sistemində də problemlər var. Nədən Dövlət Mədəniyyət və İncəsənət Universiteti Mədəniyyət Nazirliyinin birbaşa səlahiyyətində olmasın? Çünki onlar bir-biri ilə birbaşa bağlıdır. Niyə test sistemi bu təhsil olacağına aid olmalıdır? Seçimlər zərgər dəqiqliyi ilə olmalıdır”. 
 



Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO