Hüseyn Həsənovun Moskvada başına iş gəldi: 10 milyonluq zərbə - FOTO/VİDEO

Hüseyn Həsənovun Moskvada başına iş gəldi: 10 milyonluq zərbə - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Həsənovun Moskvada başına iş gəldi: 10 milyonluq zərbə - FOTO/VİDEO

130266

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun başına iş gəlib. 

Bizim.Media xəbər verir ki, məşhur bloqer sosial şəbəkə hesabında video paylaşaraq bildirib ki, onun müvəqqəti qeydiyyatı bitdiyi üçün avtomobillərinin bahalı nişan nömrələri ləvğ olunub. 

“Başıma gələn xoşaqəlməz əhvalatı sizinlə bölüşmək istəyirəm. Dubaya uçdum. Mənim müvəqqəti qeydiyyatımın vaxtı  bitib. Niyə müvəqqəti? Ona görə ki, Moskvadakı “Moscow City” mənzillərinə qeydiyyata düşmək olmur. Mən başqa mənzildə qeydiyyatda idim. Moskvaya geri qayıtdım və görürəm ki, bütün avtomobillərimi qeydiyyatdan çıxarıblar. Çünki daha əvvəl dediyim kimi, qeydiyyatımın vaxtı bitib. Və avtomobilimin nişan nömrələri ləvğ edilib. Dəyəri 10 milyon rubl (təxminən 208 min manat) O – 001 - CO - 99, T – 001 – OP – 99 nömrələr ləvğ olundu. Məcburiyyətdən yeni nömrə alıb, dəyişdirdim. Təbii ki, bu nömrələr müvəqqətidir. Daha yaxşı nömrələr alacağam. İndi köhnə nömrələrim heç kimə aid deyil, onları götürmək olmaz.

Mənim xasiyyətimdə bir xüsusiyyət var, həyatımda nə baş verməyindən asılı olmayaraq, düşünürəm ki, hər şey bundan da yaxşı olacaq”, - deyə Hüseyn vurğulayıb. 

Qeyd edək ki, Hüseyn Həsənov həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Bundan savayı o, Dubayda mülk alaraq, orada müddətsiz yaşamaq hüququ əldə edib. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO