Aparıcı Rövşanə Əməkdar artisti BİABIR ETDİ: “Nə haqla efirimizi boş qoyursan?” - VİDEO

Aparıcı Rövşanə Əməkdar artisti BİABIR ETDİ: “Nə haqla efirimizi boş qoyursan?” - VİDEO

Hazırda oxunan: Aparıcı Rövşanə Əməkdar artisti BİABIR ETDİ: “Nə haqla efirimizi boş qoyursan?” - VİDEO

130121

Əməkdar artist İlkin Əhmədovun canlı efirə gecikməsi ona baha başa gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçinin öncədən qonaq çağrıldığı “Space səhər” verilişinə gəlməməsi proqramın aparıcısı Rövşanə Ağasəfqızını özündən çıxarıb. 

Rövşanə İlkinin bu hərəkətini həm kanala, həm də verilişə hörmətsilzik adlandıraraq xanəndəni qınayıb: 

“Əməkdar artist İlkin Əhmədovu verilişimə qonaq çağırmışıq. Məsuliyyəti sıfırdır. Canlı efirə gəlirsən. Səhər saat 06:00-dan biz burdayıq. Hardasan İlkin Əhmədov? Biz sənə hörmət etmişik, əziz bilmişik, verilişimizin anonsuna salıb, paylaşmışıq. Tamaşaçılar səni gözləyir.
Respublikanın Əməkdar artisti adını daşıyırsan. Vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, öncədən bunu deməli idin. Nə çox müğənni, nə çox ifaçı... 

Onlarən efirə çıxmaq üçün ürəkləri gedir. Canla-başla gəlib verilişdə əyləşəcəkdilər. Bu qədər tıxac olur? Bizə qarşı hörmətsizlik edirsən. Özünə qarşı bizdən nə zaman hörmətsizlik görmüsən? Nə haqla efirimizi boş qoyursan?

Biz bu haqqı sənə verməmişik. Gələ bilməyəcəkdinsə dünəndən bunu bizə deyərdin. İncimə, amma artıq efirimizin bitməsinə az qalıb. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur”. 

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artist İlkin Əhmədovla əlaqə saxlasa da, sənətçi ilə danışa bilmədik. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO