Mənzurə Musayeva: “Həyat yoldaşım qədrimi bilmədi” - VİDEO

Mənzurə Musayeva: “Həyat yoldaşım qədrimi bilmədi” - VİDEO

Hazırda oxunan: Mənzurə Musayeva: “Həyat yoldaşım qədrimi bilmədi” - VİDEO

130070

“Bu şəkildə mənim 19 yaşım var. Keçmiş həyat yoldaşım məndən 11 yaş böyük olub. O, ikinci dəfə ailə qurub. Bir xanım üçün vağzalı çalınanda o, dünyanın xoşbəxti olur. Xatirimdə qalan çox şeylər var. Bacımla mənim toyum bir yerdə olub.  Qapıdan ikimiz bir yerdə gəlin olaraq çıxmışıq. Bacımın həyat yoldaşı dünyasını dəyişib. O, xəstə idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Günün sədası” verilişində deyib. 

Sənətçi bildirib ki, həyat yoldaşı ondan ayrıldığına görə günü bu gün də peşmandır:

“Həyat yoldaşım mənimlə ayrıldığına görə peşman olduğunu deyir. Amma sonrakı peşmançılıq fayda vermir. O, illər əvvəl zəng vurub yalvardı ki,  gəl barışaq. Amma o işlər orada qaldı, artıq bu barışıq ola bilməz. Düşdüyün yerin qədrini bilmək lazım idi. Həyat yoldaşım qədrimi bilmədi. Sonra isə gördü ki, elə dünyanın ən gözəl xanımı mənəm və məni əlindən çıxartdı. Bu şeylərin qədrini zamanında bilmək lazımdır”. 

Mənzurənin sözlərinə görə, ailəsi onun oxumasına qarşı çıxsa da həyat yoldaşı hər zaman onu dəstəkləyib: 

“Ailəm onunla evlənməyə izin vermirdilər. Amma mən sevərək ərə getmişəm. Dünyada ən peşman olduğum gün onu sevdiyim gündür. Niyə o insanı sevmişəm? Bəlkə də uşaq olmuşam, sevginin nə olduğunu bilməmişəm. Həyatdır da... Bu da mənim alın yazımdır. Onu sevdim. Yaraşıqlı idi... O zamanlar da mən oxuyurdum, səhnəyə çıxırdım.
Amma mənə demirdi ki, bunları etmə. Sərbəst idim. O zamanlar indiki kimi asan deyildi. O zamanlar bu qədər müğənni də yox idi. Qardaşım oxumağıma qarşı idi, amma həyat yoldaşım əksinə deyirdi ki, oxu. Amma ailə qurduğum günün səhərisi həyat yoldaşım məni Kollecə getməyə icazə vermədi.

Onda mən Musiqi Kollecinin dördüncü kursunda təhsil alırdım. Ora getməli idim. Məncə bunlar hamısı aldadıcı sevgi idi. Mən çox  aldanmışdım. Həyatımın belə olacağını heç gözləmirdim. Bu hadisələrdən sonra mən bir dəfə də sevdim. Amma daha sonra sevgini özüm üçün bitirdim. Əvvəllər insanların iki-üç sifəti olardı, indi o qədər sifətlər var ki, insan baş çıxara bilmir”. 

M.Musayeva övladının olmamasından peşmançılıq çəksə də bunun qismət olduğunu bildirib:

“Bizim yeddi il övladımız olmadı. Çox istərdim övladım olsun. Amma qismət. İndi ailə o qədər də önəmli deyil". 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO