Nadir Kərimin geyimini lağa qoydu - VİDEO

Nadir Kərimin geyimini lağa qoydu - VİDEO

Hazırda oxunan: Nadir Kərimin geyimini lağa qoydu - VİDEO

129944

Müğənni Kərim Abbasovun efirə geyindiyi geyimini həmkarı Nadir Qafarzadə məsxərəyə qoyub. 

Bizim.Media xəbər verir ki, doğum gününü “Zaurla Günaydın” səhər şousunda qeyd edən rəqqasə Fatimə Fətəliyevanı təbrik etmək üçün Kərim də gəlib. 

Abbasov verilişə iri zolaqlı, dar şalvarda gəlib. Bunu görən Nadir “Bu nədir səhər-səhər “pijama”da gəlmisən (gülür). Kərimi kompleksə salmıram.

O, mənim dostum, canımdır. Sadəcə gecə yatıb, unudub, “pijaması”nı dəyişməyib. İndi “pijama” dəbdir. Hamam xalatında da efirə geyinib, gəlmək olar. Kərimə idman və klassik tərz də yaraşır. Çünki bədən quruluşu buna imkan verir. Qarnı da yoxdur” sözlərini dilə gətirib. 

Qafarzadənin bu fikirlərinə Kərim “Səhər efirinə kostyum geyinib gəlməliyik? Kostyum geyinənlər (verilişdə qonaq olan xanəndə Babək Niftəliyev və müğənni Elçin Hüseynov – red.) bu sözlərimdən inciməsinlər. Səhər efirinə görmüşəm ki, rahat geyinib gələrlər” sözlərini ifadə edib. 
Bu anda isə Babək Niftəliyev “Kostyum da hər adama yaraşmır, Kərim” deyərək K.Abbasova söz atıb. 

Kərim isə Babəkə cavab olaraq “Amma mən kostyum geyinsəm, yaraşmaqda hamınızı ötüb keçərəm” deyib. 

Abbasovun bu sözlərindən əsəbiləşən Niftəliyev gülə-gülə  “Verilişdən sonra söhbət edərik” sözlərini söyləyib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO