"Pişik" Günel: "Soğan-çörək yeməklə xoşbəxtlik olmur"- VİDEO

Hazırda oxunan: "Pişik" Günel: "Soğan-çörək yeməklə xoşbəxtlik olmur"- VİDEO

129677

"Ailə həyatı quranda hər şeyə diqqət edilməlidir. Necə deyərlər “hər qazanın öz qapağı var. Hər kəs yorğanına görə ayağını uzatmalıdır. Bunu öz təcrübəmdən çıxış edib deyirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Ailə qurduğuna görə peşman olmadığını dilə gətirən sənətçi bildirib ki, soğan-çörək yeməklə ailədə xoşbəxtlik olmur:

"Ailə qurduğuma peşman deyiləm. Hər şeyin üstündən xətt çəkib, ailəni seçdim. Övladım var. Qızım mənim hər şeyimdir. Qızlar, ailə həyatı quranda yüksək təbəqə ilə qurun. İş adamı və s...

Onun həm şəxsi həyatı, həm mənliyi həm də pulu olsun. Deyirlər ki, "Soğan-çörək ye, amma xoşbəxtlik olsun". Bu, yalan sözlərdir. "Soğan-çörəklə" - xoşbəxtlik olmur. Bir, iki, üç gün soğan-çörək yeyəcək, dördüncü gün isə ağzımdan iy gəlir, mənə saqqız al deyəcək. Pul da yoxdur, saqqız almağa...
Neyniyəcəksən? Ona görə, bütün bunlar yalan söhbətlərdir. Pul hər şey deyil, amma çox şeydir. Bir kişinin pulu olmasa da, mərdliyi, kişiliyi olur və o, daşdan da pul çıxarır. Söhbət milyonlardan getmir. Elə kişinin xanımı da anlayır ki, onunla ailə qurmaq olar və gələcəkdə heç nəyə möhtac qalmaz".  

Xatırladaq ki, Günel Ələkbərova daha əvvəl, müsahibələrin birində 12 illik ailə həyatına son qoyduğunu açıqlayıb. Dini nikah kəsdirdiyini söyləyən sənətçinin Məryam adlı qızı var.  

Qeyd edək ki, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial verilişində qonaq olan Günel Ələkbərova üç dəfə boşanıb, dördüncü dəfə ailə qurduğunu açıqlayıb.   
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO