Kamança ifaçısı:

Kamança ifaçısı: "Elza borcumuzu vermir" - FOTO

Hazırda oxunan: Kamança ifaçısı: "Elza borcumuzu vermir" - FOTO

129484

Kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahandan şikayət edib. 

Bizim.Media xəbər verir ki, musiqiçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, müğənninin  ona konsertindən borclu qaldığını bildirib. 

"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib, iki ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür", - deyə E.Salahov vurğulayıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı E.Seyidcahanla əlaqə yaratsa da, o telefon zənglərimizi cavabsız qoyub. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO