Mərhum Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruz atasının qəbrini ziyarət zamanı yeni hazırlanan məzar daşının görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, oğlu ilə birlikdə valideyininin məzarına baş şəkən Şəfəq həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Yeni evin mübarək ata, nur içində yat. Əsl sənətkar başdaşıdır. Bütün rollarını televizor kimi burada əks etdirməyə çalışdıq. Eskizi isə Cavidan çəkib, danışa bilsəydin, “Bundan da yaxşı ola bilərdi” deyib, ona həmişəki kimi irad tutardın, amma məncə, bu dəfə onun sənə acığı tutmazdı”, - deyə, Ş.Novruzova paylaşımına şərh yazıb.
Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media