“Bu sənəti ucuzlaşdırmaq olmaz. İllərdir səhnədəyik, sənətkar görəndə utanıram oxumağa. İndikilər dəhşətdir. Tini dönənin mikrofon əlindədir. Deyir, oxuyuram, belə şey olar? “TikTok” çəkir və başlayır oxumağa”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Həyat tərzi” verilişində deyib.
Sənətçi “TikTok” videoplatformasının Azərbaycanda bağlanmasını istədiyini bildirib:
“Əslində “TikTok” normal şəbəkədir. Oranı çirkab edən insanlar var. Bizdə ifrat dərəcəsindədir. Azərbaycanda “TikTok” bağlansa, yaxşı olar. Bir ara bağlanmışdı, bunu edənlərin ölənlərinə rəhmət oxuyurdum”.
Rəşad Əliyev, Bizim.Media