Məleykə Əsədova keçirdiyi plastik əməliyyatlarından DANIŞDI - VİDEO

Məleykə Əsədova keçirdiyi plastik əməliyyatlarından DANIŞDI - VİDEO

Hazırda oxunan: Məleykə Əsədova keçirdiyi plastik əməliyyatlarından DANIŞDI - VİDEO

128891

“Burnumda “bulxorn” (Bu metodika ilə üst dodaq çəkilir, dodaqda həcm əldə olunur, üst dodağın forması bərpa olunur – red.) əməliyyatını etdirmişəm. Amma üzümdə başqa əməliyyat etdirməmişəm. Üz dərimə baxımlar etdirmişəm.

Ən çox sevdiyim kosmetoloji prosedur “plazmalifting”dir (Prosedur pasiyentin öz qanından istifadə olunmaqla həyata keçirilir. Bu məqsədlə götürülən 45-60 ml venoz qan sentrifuqaya göndərilir. Trombositlə zəngin plazma ayrılır və dəriyə yeridilir -  red.)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Şou xəbər” verilişində müsahibəsində deyib. 

56 yaşlı aktrisa bildirib ki, üzündə plastik əməliyyat etdirmək istəyir: 

“Özüm də üzümə müxtəlif baxımlar edirəm. Evə girən kimi makiyajımı silirəm. Üz dərimə makiyaj az edirəm. Qollarımdan da görə bilərsiniz ki, dərim necə şəffafdır. Makiyaj edəndə də gözümə və dodağıma çəkirəm.
Xarici ölkəyə səfər edəndə isə heç gözlərimi belə makiyaj etmirəm. Amma üzümdə plastik əməliyyat etdirmək fikrim var. Plastik əməliyyat etdirmək istəyirəm. Hamı edir, mən də etdirəcəyəm”. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO