Xalq artisti Röya Ayxan fırıldaqçıların qurbanı olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Röya bildirib ki, Bakıda fəaliyyat göstərən restoranların biri onun adını afişaya salaraq 4 aprel tarixində həmin məkanda çıxış edəcəyini bildirib.
Xalq artisti onunla bağlı yayılan bu xəbərin yalan olduğunu söyləyərək, hazırda dostları ilə Azərbaycandan kənarda istirahət etdiyini açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media