Pikedən uzaqda qalmaq üçün Şakira övladları ilə ölkəni tərk edir

Pikedən uzaqda qalmaq üçün Şakira övladları ilə ölkəni tərk edir

Hazırda oxunan: Pikedən uzaqda qalmaq üçün Şakira övladları ilə ölkəni tərk edir

128730

Dünya pop səhnəsinin kolumbiyalı ulduzu Şakira xəyanətkar keçmiş sevgilisi və onun bütün ailəsindən uzaqda, tamamilə yeni həyata başlamağı planlaşdırır.  

Bizim.Media ispan mətbuata istinadən xəbər verir ki, gələn həftənin sonuna qədər sənətçi oğulları ilə birlikdə Barselonadan Mayamiyə köçəcək.  

Müğənni artıq dostlarının və qohumlarının, eləcə də yaşlı valideynlərinə baxan həkimlərin ölkədən köçməsi ilə bağlı xəbərdarlıq da edib.  

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə 2010 FIFA Dünya Kubokunun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar.

Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb - doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. 2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurlar ayrılıb.  

Ayrılmaya səbəb isə Pikenin Klara Çiya adlı xanımla Şakiraya xəyanət etməsi olub. Cütlüyün tezliklə toyları olacaq.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO