Könül Kərimova: “Boşanmağım qohumluq əlaqələrimizə təsir etməyib” - VİDEO

Könül Kərimova: “Boşanmağım qohumluq əlaqələrimizə təsir etməyib” - VİDEO

Hazırda oxunan: Könül Kərimova: “Boşanmağım qohumluq əlaqələrimizə təsir etməyib” - VİDEO

128678

Əməkdar artist Könül Kərimova növbəti dəfə boşanmasından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda danışıb. 

Xalası oğlu ilə ailə qurub, 30 illik evliliyinə son qoyan Könül boşanmasının qohumluq əlaqələrinə təsir etmədiyini bildirib: 

“Seçim düzgün etməyəndə nə qohumluqdandır, nədəki yaddan. Boşanmağım bizim qohumluq əlaqələrimizə təsir etmədi. Ayrılığımızı da hər kəs normal qarşıladı. Hətta söylədilər ki, sağol ki, bunları təmkinlə yaşadın. Dost münasibəti ilə ayrıldım. Bu 30 il evliliyimdə bir dəfə də olmadı ki, uşaqlarımızın yanında mübahisəmiz olsun və ya dalaşaq”. 

Bir müddət əvvəl müsahibələrin birində “Qayınana” filmində Xalq artisti Nəsibə Zeynalovanın səsləndirdiyi ”Gəlin mənim süpürgəmdir” sözlərinə sitat gətirməsi ilə qalmaqala düşən Kərimova bu məsələyə sərt şəkildə reaksiya verib: 

“Cılız, çəkisi az insanlara sözum var. Verilişlərin birində məndən soruşdular ki, “Oğlunuza necə bir gəlin almaq istəyərsiniz?”. Cavab olaraq söylədim ki, “Oğlum yaraşıqlıdır, istəyərəm ki, gəlinim də gözəl olsun”. Nədir, oğluma çirkin qız arzulamalıyam? Sosial şəbəkədə yazırlar ki, güya özünüz gözəl gəlin olmusunuz? Burada onlara söyləyirəm ki, xeyr gözəl olmamışam, amma isdəyirəm ki, gələcək gəlinim gözəl olsun. Sonra əfsanəvi aktrisanımız Nəsibə Zeynalovanın “Qayınana” filmində söylədiyi “Gəlin mənim süpürgəmdir.
Harada qoydum, orada da duracaq” sözlərini sitat kimi gətirmişəm. Bu sözü müxbir mövzu edib, həmkarlarımdan müsahibə alıb. Onlar da cavab veriblər. Mən gəlinimi süpürgə, xəkandaz edim? İndikilərin nə atalar sözlərindən, nə dəki filmlərimizdən xəbərləri var. Ayıb olsun! Bu ifadələr dillərdə əzbər, zarafat mənasında deyilən sözlərdir. Gəlin seçimimdə ən  böyük çətinlik övlad axtarmağımdır. Gəlin yox, övlad axtarıram. Sabah həyatda olmayanda deməsinlər ki, heyif səndən Könül, yerin görünür”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO