Eldəniz Zeynalovun gəlini AĞLADI: “Son nəfəsinə kimi mərhum ərimi aldatdım” - VİDEO

Eldəniz Zeynalovun gəlini AĞLADI: “Son nəfəsinə kimi mərhum ərimi aldatdım” - VİDEO

Hazırda oxunan: Eldəniz Zeynalovun gəlini AĞLADI: “Son nəfəsinə kimi mərhum ərimi aldatdım” - VİDEO

128634

"Eldəniz Zeynalovu uşaqlıqdan tanıyıram. Onun çəkildiyi “Mozalan” satirik kinojurnalına və filmlərinə baxırdım. Amma heç zaman fikirləşməzdim ki, o, mənim qayınatam olar. Onu görmək mənə qismət olmadı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Eldəniz Zeynalovun gəlini İradə xanım “O üz” verilişinə müsahibəsində deyib. 

İki il əvvəl ağ ciyər xərçəngindən vəfat edən mərhum sənətkarın oğlundan söz açan İradə xanım həyat yoldaşının xəstəliyə görə ağır günlər keçirdiyini bildirib: 

“Qayınatam oğlunun  və mənim həyat yoldaşım Məmmədin xəstəliyinə dözə bilməzdi. Məmməd hər zaman atası haqda gözəl sözlər deyirdi və tərifləyirdi. Deyirdi ki, atam bu dünyadan vaxtsız köçdü.  Bəlkə də o yaşasaydı, hər şey başqa cür olardı. Söyləyirdi ki, atam sağ olsaydı, həyatımda belə şeyləri yaşamazdım, xəstəxanalara gedib-gəlməzdim. Atam sağ olsaydı, məni yaşadardı. Məmmədi son nəfəsinə kimi ümüdləndirirdim ki, hər şey yaxşı olacaq. Son nəfəsinə kimi onu aldatdım. Dekabrın 24-ü, gecə 12-yə qalmış idi… Məmməd artıq yemək yeyə bilmirdi.

O, başını qaldırıb jestlə izah etdi ki, İradə mən ölürəm. O can verdiyi zaman mənə çönüb nəsə demək istədi. Dəqiq bilirəm ki,  dünyadan köçəndə bizdən nigaran qaldı. O ikinci dəfə can verəndə inanmadım. Elə bildim ki, qorxulu yuxudayam. Hər zaman deyirdi ki, ölsəm, sizə baxan olmayacaq. Əlimdən gələni etdim ki, Məmməd ayağa qalxsın. Onun üçün çox darıxıram, ağlımdan çıxmır (ağlayır). Məmmədin parçası, uşağımız yanımdadır. Yenə yataq xəstəsi olsa, ona baxaram. Arzuları ürəyində qaldı”.  
Qeyd edək ki, Xalq artisti Eldəniz Zeynalov 64 yaşında 2001-ci ildə dünyasını dəyişib. Aktyorun oğlu Məmməd Zeynalov isə  iki il əvvəl vəfat edib. O, ağ ciyər xərçəngindən əziyyət çəkirdi. Məmməd, eyni zamanda 6 il dializə gedib. Onun həm də beynində şiş aşkarlanmışdı. 
 









Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO