Brilliant Dadaşovanı AzTV-dən kim uzaqlaşdırıb? - VİDEO

Brilliant Dadaşovanı AzTV-dən kim uzaqlaşdırıb? - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşovanı AzTV-dən kim uzaqlaşdırıb? - VİDEO

128573

"Balı çox sevirəm. Təzyiqim və hemoqlobimim aşağıdır. Ona görə bal yeyirəm. 5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmiyin də üstünə şəkər səpib yeyirdim. İndi amma ət yeyirəm. Bircə xəmir yeməkləri yemirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçi 35 il əvvələ dönərək, Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri tərəfindən oxuduğu bəzi mahnılara görə uzaqlaşdırıldığını bildirib:

"1988-ci ildə "Ər igidlər" mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq. Töhmət alaraq gəlib çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. "İkiyə bölünən Azərbaycan", "Xudafərin körpüsü" kimi mahnılar ifa etmişəm. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxartdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki... 100-200 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı bağlayıblar, AzTV-də artıq maaş yoxdur".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO