Xalq artisti Brilliant Dadaşova illərdir ki, haqqında gəzib-dolaşan plastik əməliyyat keçirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında söz açıb.
Dadaşova 34 il əvvəl lentə alınan arxiv görüntülərini izləyiciləri ilə bölüşərək, bu sözləri yazıb:
"1987 ci il. Musiqi: Eldar Mansurov. Sözlər: Baba Vəziroğlu. Dostlar, gördüyünüz kimi... “Burun, dodaq əməliyyatı, üz korreksiyası, filan-beşməkan edib” deyənlər, bəzi dedi-qodu uyduranlar, görsünlər ki, heç nə dəyişdirməmişəm. Amma onu da deyim ki, artıq bu dövrdə makiyaj daha düzgün edilir.
Bu çəkilişlərdə isə özüm qeyri-professional makiyaj edirdim. Buna makiyaj demək olarsa".
Rəşad Əliyev, Bizim.Media