Elnarə ilk dəfə xalası qızı Minanın boşanmasından DANIŞDI - VİDEO 

Elnarə ilk dəfə xalası qızı Minanın boşanmasından DANIŞDI - VİDEO 

Hazırda oxunan: Elnarə ilk dəfə xalası qızı Minanın boşanmasından DANIŞDI - VİDEO 

128438

Müğənni Elnarə Xəlilova ilk dəfə xalası qızı, həmkarı Mina Hüseynin uğursuz ailə həyatından söz açıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "MTV maqazin" verilişində danışıb.  

Elnarə Minanın həm şəxsi həm də sənətində atdığı hər addımını dəstəklədiyini və hər zaman yanında olduğu bildirib:

"Ailə məsələsi Minanın şəxsi işidir. Mən isə onun o şəxsi işinə qarışmaq istəmirəm. Onunla bağlı hər bir məsələdən xəbərim var. Minanın hər qərarının arxasındayam".

Xəlilova həmçinin illər əvvəl Mina ilə aralarında yaşanan küsülülükdən də bəhs edib. Elnarənin sözlərinə görə, onunla xalası qızının münasibətləri yaxşıdır:

"Allah şeytana lənət eləsin. Bəzən ana-bala arasında da anlaşılmazlıqlar olur. Aramızda yaşananları çoxdan çözmüşük. Bir neçə həftə əvvəl Mina bacımla "Kəbə evi"ni ziyarətə gediblər. Allah onların ziyarətini qəbul etsin. Allah mənə və hamıya ora getməyi qismət etsin".
Qeyd edək ki, Mina Hüseyn S.Həsənovla ötən il mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq, özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda müğənniyə qoyduğu qadağalar olub.  

Hazırda isə Mina ikinci dəfə ailə qurmağa hazırlaşır. Müğənni bildirib ki, ziyarət zamanı onun ürəyini ovsunlayan bir bəylə tanış olub. Minanın sözlərinə görə, həmin şəxs rəhbər vəzifəsində çalışır, sahibkardır.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO