İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA - VİDEO 

İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA - VİDEO 

Hazırda oxunan: İlkin Həsənidən ayrılıq xəbərlərinə REAKSİYA - VİDEO 

128432

Son günlər bloqer həyat yoldaşı Aysel ilə ayrılıq yaşaması xəbərləri ilə gündəmə gələn aparıcı və aktyor İlkin Həsənidən reaksiya gəlib.  

Bizim.Media xəbər verir ki, televiziya ulduzu bununla bağlı "MTV xəbər" verilişinə müsahibə verib.  

Həsəni bildirib ki, yayılan ayrılıq xəbərlərin heç bir əsası yoxdur:

“Sosial şəbəkələr elədir ki, əgər səhifən açıqdırsa, təbii ki, müəyyən paylaşımlar olur. Hər bir jurnalistin də bir qavrama, qəbul etmə və düşünmə anlayışı var. Kimsə hansısa bir paylaşımı başqa bir tərəfə də yoza bilər. Başqası isə bunu, həqiqətən, olduğu kimi də qəbul edə bilər…  

Yenə də deyirəm, elə şeylər var ki, mən bu barədə, ümumiyyətlə, heç yerdə danışmıram. Nəsə də ciddi bir şey olarsa, bu haqda ya sosial şəbəkələrdə ya da haradasa bir açıqlama verərik. Aramızda hər şey əladır, gözəldir!”.  
Qeyd edək ki, İlkin və Aysel cütlüyü 2017-ci ildə ailə qurub. Onların Alisa adında bir qız övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO