Amerikalı məşhur model Emili Ratakovskinin keçmiş kinoprodüser əri Sebastian Bir-Makklardın başı bəladadır.
Bizim.Media “Variety” nəşrinə istinadən xəbər verir ki, bir neçə qız Sebastianı cinsi təcavüzdə ittiham edib.
Onlardan biri etiraf edib ki, 17 yaşında olarkən prodüser onunla sosial şəbəkədə əlaqə saxlayıb və görüşməyi təklif edib. O, qızı Robert Pattinsonla birlikdə "Yaxşı vaxt" filmində kiçik bir rol oynamağa inandırıb, lakin onun tamamilə çılpaq olması lazım olacağı barədə xəbərdarlıq etməyib. Nəticədə, ərizəçinin sözlərinə görə, qız, onlarla aktyorun və çəkiliş qrupunun üzvlərinin qarşısında soyunmalı olub.
Sonra Sebastian ona yaxınlaşaraq, cinsi əlaqəyə girməyi təklif edib. Lakin qız bu təklifə razılıq verməyib.
Başqa bir şikayətçinin sözlərinə görə, prodüser də onunla sosial şəbəkədə tanış olub və kino sənayesindəki təsirini manipulyasiya edərək, “Uncut Gems” filminin çəkilişləri zamanı onunla eşqbazlıq etməyə başlayıb (Sebastian o zaman artıq Ratakovski ilə evli idi).
Qız etiraf edib ki, prodüser onu modellə yaşadığı mənzilə dəvət edəndə 18 yaşı var idi və onunla razılığı olmadan cinsi əlaqədə olub.
Mənbələr bildirir ki, Sebastianın bu davranışından sonra (Good Time, Uncut Gems) filminin rejissorları Safdie qardaşları 2022-ci ildə prodüserlə iş birliklərini sonlandırıblar.
Ratakovski keçmiş ərinə qarşı səsləndirilən ittihamları şərh etməkdən imtina etsə də, modelə yaxın mənbə onun bu cür açıqlamalarına təəccüblənmədiyini bildirib. Kinoprodüser qalmaqallı məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:55 / 30.03.2023
Emili Ratakovskinin prodüser əri təcavüzdə İTTİHAM OLUNUR
Hazırda oxunan: Emili Ratakovskinin prodüser əri təcavüzdə İTTİHAM OLUNUR
Hazırda oxunan: Emili Ratakovskinin prodüser əri təcavüzdə İTTİHAM OLUNUR
128046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.