Vəfa Zeynəbin CAVABINI VERDİ:

Vəfa Zeynəbin CAVABINI VERDİ: "Zəif insanları əzmirəm" - VİDEO 

Hazırda oxunan: Vəfa Zeynəbin CAVABINI VERDİ: "Zəif insanları əzmirəm" - VİDEO 

127929

Müğənni Vəfa Şərifova həmkarı Zeynəb Həsəninin onun ünvanına söylədiyi "Sənin qəlbin nə qədər fəsad və pis ola bilər ki, sən o xanımla (müğənni Nəfəs - red.) duet oxuyacaqsan mənimlə oxuma. Belə başa düşürəm ki, sən müğənni deyilsən, ona görə də bu düşüncədəsən. Ya da sənin qazancın tək müğənnilikdən deyil ki, sən bunu düşünürsən... Bu qıza mən "oxuyan" demək istəmirəm çünki oxuyan deyil. Onun adını belə çəkmək istəmirəm..." sözlərinə cavab verib.  

Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda danışıb.  

Sənətçi bildirib ki, o Zeynəbin ünvanına onun xətrinə dəyəcək sözlər istifadə etməyib. Müğənni həmkarının onun haqda səsləndirdiyi bir çox fikirlərin yalnış olduğunu vurğulayıb:  

"Güclü insanlarla mübarizə aparıram. Amma zəif insanları əzmərəm. Baxın, mən onun adını da çəkirəm, xətrinə də dəyməyəcəyəm. Necə ki, keçən dəfə sizin verilişinizdə onu incidəcək söz istifadə etməmişdim, yenə də etməyəcəyəm. Biz onunla telefonda danışdıq. Zəng vurub söylədi ki, sənin efirdə "Nəfəs mənə dəstək olub" sözlərim onun xoşuna gəlməyib. Amma mən həmin çıxışımda ona xoş cümlə söyləmişdim. Onların hamısını atdı bir kənara, başqa sözü qabartdı. Kiməsə, dəstək olmağın nəyi pisdir? Dediyi çox sözü yalnışdır. Nəfəsə deməmişəm ki, Zeynəblə duet oxuyursansa, mənimlə oxuma və uzaq dur. Sadəcə deyirəm ki, ayıb olsun. O, belə bir reaksiya verməməli idi. Çünki, telefonda danışdıq və məsələni aramızda həll elədik. Fikrimi ona izah etdim, sağollaşdıq və bitdi". 

V.Şərifova Z.Həsəni tərəfindən təhqir olunduğunu söyləyib:

"Zeynəbin söylədiyi fikirlərində haqqımda söyüş və təhqir dolu sözlər istifadə olunub. Hətta o orada şərə və böhtana keçib. Deyir ki, "Qazancın bu sənətdən yox, başqa yerdəndir. Onun bu sözlərinin altında çox fikirlər dayanır və onu heç bir qadına, heç bir insana yaraşdırmıram ki, bir insan bu qədər şərh və böhtan atsın. Gəlir yerimi hər kəs bilir. Hər gün el şənliklərində, ailə toylarında çıxış edirəm. Hər gün də iştirakımı sosial şəbəkə hesabımda paylaşıram. Elə bir söz istifadə edə bilərdi ki, insanlar bir faiz belə şübhələnsinlər ki, bəlkə bu qız (özünü nəzərdə tutur - red.) haqlıdır. Amma haqqımda haqsız danışır".  

Vəfanın sözlərinə görə, qarşı tərəf gündəmə gəlmək üçün verilişlərə çıxıb onunla qalmaqal edir:

"Düşünürəm ki, özü bilə-bilə qalmaqal yaratdı ki, gündəmə gəlsin. Çünki onu bu günə qədər heç bir aparıcı öz verilişinə çağırmırdı. Mənimlə qalmaqal etdikdən sonra bütün verilişlərdə maşallah olsun çıxdı. Bu gün qalmaqal dəbdə deyil. Hər zaman qalmaqaldan qaçmışam və qaçacağam. Çünki zərrə-zərrə, damla-damla topladığım hörməti belə məsələlərə görə məhv etmək istəmirəm".  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO