Ötən gün dünya pop səhnəsinin ulduzu Cennifer Lopez sevimli həyat yoldaşı Ben Afflekin canlandırdığı basketbolçu Maykl Cordan və məşhur “Nike” idman brendinin inkişaf tarixindən bəhs edən “Hava” adlı bioqrafik dramının premyerasında onu dəstəkləməyə gəlib.
Bizim.Media xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru olmaqla yanaşı, əsas rollardan birini canlandıran Ben duyğularına hakim olmayıb, hamının gözü qarşısında Cenniferi özünə çəkərək, ehtiraslı şəkildə öpüb.
Həmin anlar isə anbaan paparasilər tərəfindən lentə alınıb. Onların bu görüntüləri sosial mediada gündəm olub.
Bu hərəkəti ilə aşiqlər ayrılma ilə bağlı yayılan xəbərlərin əsassız olduğuna işarə vurublar.
Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek ötən ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər.
Sonra cütlük bu münasibətlə ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər.
Rəşad Əliyev, Bizim.Media