“Hazırda sürdüyüm avtomobilin qiyməti 40 min manatdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxani qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Söz ustadı bildirib ki, illər əvvəl dolların kəskin dərəcədə qalxması onu külli miqdarda borca salıb:
“İllər əvvəl bankdan kredit götürüb, avtomobil almışdım. Gəldi elə bir dönəmə düşdü ki, dünyada baş verən proses idi, dollar manat qarşılığında kəskin şəkildə qalxdı və evim yıxıldı. O zamanlar isə ailəmi dolandırmaq üçün sürücü, anbardar kimi çalışırdım. Özümə söz verdim ki, bir də bankdan kredit götürməyəcəyəm. Kredit söhbəti birdəfəlik mənim üçün bağlandı. Amma indi elə olur ki, avtomobili dəyişmək istəyəndə, dostlarımızın avtosalonlarına borclu qalırıq. O başqa bir şeydir. Bank məsələsi ilə başqadır. Vaxtlı-vaxtında borcunu ödəməlisən. Ödəmədinsə, üstünə faiz gəlir”.
Rəşad Əliyev, Bizim.Media