Rozadan oğlu Corca: “Evlən, bayquş kimi qalmışam” - VİDEO

Hazırda oxunan: Rozadan oğlu Corca: “Evlən, bayquş kimi qalmışam” - VİDEO

127748

Ötən günlərdə doğum günü olan müğənni Roza Zərgərliyə övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov sürpriz edib. 

Bizim.Media xəbər verir ki, Corc “Xəzər axşamı” verilişinə gələrək, proqramda qonaq olan anasına tort gətirib və onu təbrik edib. 

Corc bildirib ki, Roza onun ailə qurmasını istəsə də, amma o, evlənmək istəmir: 

“Əzizim Roza, səni doğum günü münasibəti ilə təbrik edirəm. O gün olsun nəvəni, nəticəni görəsən. Qızın Bənövşədən görəsən. Niyə Bənövşədən, çünki mən evlənmək fikrində deyiləm. Ola bilər ki, məni tələsdirəsən ki, ailə qur… Mənim 28 yaşım var. Düşünürəm ki, aktyor gec ailə qurmalıdır. İşi və sənəti ilə məşğul olmalıdır”. 

Zərgərli isə Qafarovun bu sözlərinə “Sən ailə qur, mən sənin övladlarına baxaram. Sən isə sənətinlə məşğul olarsan. Uşağa mən baxacağam, özləri də keyf eləsinlər. Oynatmağa adam axtarıram. Bayquş kimi qalmışam. Biri Şəkidə (oğlu Corcu deyir –red.) , biri Türkiyədə (qızı Bənövşəni deyir – red.). Uşaq baxçası açmaq istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO