Aktrisa Xuraman: “Oqtay Əliyevin öldüyü qəzanı gözlərimlə gördüm” - VİDEO

Aktrisa Xuraman: “Oqtay Əliyevin öldüyü qəzanı gözlərimlə gördüm” - VİDEO

Hazırda oxunan: Aktrisa Xuraman: “Oqtay Əliyevin öldüyü qəzanı gözlərimlə gördüm” - VİDEO

127410

“26 ildir ki, Oqtay Əliyevi və ailəsini tanıyıram. İlk qonorarımı da Oqtay müəllim verib. O zamanlar tələbə idim. Oqtay müəllim teatra gəlib dedi ki, Xuraman bir reklam var, səni ora çəkəcəyik. Buna çox sevindim. Teatıra yeni işə düzəlmişdim. Reklam… Qonorarımı isə ondan heç soruşmadım. Həmin reklamdan aldığım ilk qonorarım isə 30 manat oldu. Həmin pulu “SOY” production verdi. Və bundan sonra onlar məni hər zaman qanadlarının altında saxladılar (ağlayır)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Prodüser Oqtay Əliyevlə bağlı xatirələrini bölüşən sənətçi bildirib ki, qəzadan bir neçə dəqiqə sonra həyat yoldaşı ilə hadisə yerinə gedib: 

“Oqtay müəllimin qəza keçirərək, ölüm xəbərini həyat yoldaşım dedi. Zəng edib söylədi ki, xəbərin var belə bri hadisə olub. Qışqırıb dedim ki, sən nə danışırsan, bu nə danışıqdır?! Cavab olaraq söylədi ki, hadisə yerindəyəm. Dur gəl, sən də bura. Ay Allah mən axı ora niyə getdim? Gedib, hər şeyi öz gözlərimlə gördüm. Orada polislər dayanmışdı. Onlardan soruşdum ki, bəlkə heç Oqtay müəllim ölməyib? Amma cavab verdilər ki, o, artıq dünyasını dəyişib. Sonra həmkarım Sonaxanım Əliyeva və Dilarə xanımla xəstəxanaya getdik”. 

O.Əliyevi özünə məktəb bilən X.Əlizadə həmkarı Dilarə xanıma başsağlığı verib:  

“Oqtay müəllim mənim üçün  bir məktəb idi. Hər həftə iclas olurdu. O bizə məktəb keçirdi. Bizi danlayırdı, amma ürəyimdə deyirdim ki, onun danlaması bizim yaxşılığımıza görədir. Çünki efirə biz çıxıb, biz üzdə oluruq. Oqtay müəllim isə kadr və kulis arxasında qalır. Onların ailəsinin xətrini dünyalar qədər çox istəyirəm. Mən Xuraman bu çəkimlə gücü və stimulu incə, gözəl Dilarə xanımdan (O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva – red.) alıram. Dünən onlara getmişdim. Dedim ki, Dilarə xanım qurban olum, siz ayaq üstə dayanmağa məcbursunuz. Çünki siz çöksəniz, mən də çökəcəyəm. Dilarə xanım mənim üçün örnək, güvən yeridir. Allah səbr versin”. 
Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki hazırda xəstəxanada müalicə alır. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO