Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer Hüseyn Həsənov bir neçə həftə əvvəl "Instagram" hesabında keçirdiyi yarışda qalib gələn şəxsə qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngdə, lüks “Lamborghini Urus” avtomobilini hədiyyə verib.
Bizim.Media xəbər verir ki, sözügedən yarışda qalib isə Tacikistandan olan 17 yaşlı 11-ci sinif şagirdi olub.
Həmin gənc qohumu ilə birlikdə Moskvaya gələrək Hüseyn ilə görüşüb.
Həsənov isə qalib üçün nəzərdə tutulan bahalı nəqliyyat vasitəsinin açarlarını ona təqdim edib.
11-ci sinif şagirdi bildirib ki, avtomobili anasına hədiyyə verəcək.
Bloqer isə öz növbəsində onun bu addımını xoş qarşılayaraq, Tacikistana səfəri zamanı onun ailəsinə qonaq gələcəyinə söz verib.
Həsənovun "Bizə qalib gəlməyinin sirrini aç" sözlərinə gənc "Mən heç nə eləməmişəm" deyə cavab verib.
Ulduz bloqer bildirib ki, Sinqapura getdiyində kazinoda qalib gəlmək üçün gənci özü ilə birlikdə aparacaq.
Həmin anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media